Nə BOS, nə də Zirə qəsəbə stadionu... - SƏBƏB

9.01.2024 16:53 301
Ölkə futbolu / Manşet
Sabah "Dalğa Arena"da "Araz-Naxçıvan"la "Zirə" arasındakı yoxlama oyunu keçiriləcək.

Maraqlıdı ki, Muxtar Respublika təmsilçisinin mətbuat xidməti öncə görüşün Bakı Olimpiya Stadionunda, daha sonra isə Zirə İdman Kompleksinin stadionunda keçiriləcəyini yazmışdı. Az öncə planın növbəti dəfə dəyişdirildiyi bəlli oldu. Belə ki, komandalar "Dalğa Arena"da üz-üzə gələcək.

Oyunun təşkilatçısı "Zirə" olduğundan klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə ilə əlaqə saxlayıb başverənlərin səbəbini öyrəndik. O, "football-plus.az"a dəyişikliyin hava şəraitiylə bağlı olduğunu dedi:

"Biz rəsmi səhifələrimizdə oyunun keçiriləcəyi stadionun artıq bəlli olduğunu açıqlamamışıq. Mövcud vəziyyətə görə dəyişikliklər gözləniləndi. Sabah hava küləkli olacağından "Dalğa Arena"da oynamaq daha məqsədəuyğundu".

Qeyd edək ki, oyun saat 15.00-da start götürəcək.

KƏNAN BAHADIR