Football-plus.az xəbər verir ki, görüşlərdən biri də Mingəçevirdə baş tutacaq. “Zirə” yerli komandanın qonağı olacaq. Mediada yayılan xəbərlərə görə, “qartallar” bu görüşün adı çəkilən şəhərdə keçirilməsini istəməyib. Buna səbəb isə arenanın ot örtüyünün bərbad vəziyyətdə olmasıdı. Hətta PFL-ə görüşün Zirə İdman Kompleksinin stadionunda və ya Qəbələdə keçirilməsi təklif olunub. Lakin qurum bu müraciəti qəbul etməyib. Kəsəsi, görüş Mingəçevirdə keçiriləcək.
Görəsən, bu müraciət nəyə əsaslanıb? “Zirə”dən stadionu kim təftiş edib? Suallarımızı klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəyə ünvanladıq:
“Əməkdaşlarımız oyunla bağlı təşkilati məsələləri həll etmək üçün Mingəçevirə səfər etmişdi. Həmin vaxt ot örtüyünün vəziyyətinin qənaətbəxş olmadığını gördük. Bununla bağlı PFL-ə müraciət etdik və oyunun başqa stadionda keçirilməsini istədik. Amma PFL matçın Mingəçevirə təyin olunduğunu və stadionun dəyişməyəcəyini bildirdi”.
İLKİN SULTANLI


