Premyer-liqanın son turunda “Zirə” doğma meydanda “Şamaxı” ilə heç-heçə etdi - 0:0.
“Football-plus.az” xəbər verir ki, bu nəticə ilə “qartallar” bürünc medallara sahib oldu. Görüşdə bir sıra maraqlı hadisələr yaşandı. Əsas məqam qarşılaşmanın gec başlaması idi. Əkbər Vəliyevin dayandığı qapının torunda problem yaranmışdı. Bu səbəbdən də görüş bir qədər gec start götürdü. Görəsən, orda nə baş vermişdi? Qapı torundakı problemi əvvəlcədən həll etmək olmazdı? Sualımızı “Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəyə ünvanladıq: