Klubuna yenə gərək olmadı

11.01.2024 23:30 188
Dünya futbolu
Fabio Karvalyo klubuna yenə gərək olmayıb.

"Football-plus.az" xəbər verir ki, artıq onun “Hall Siti”yə keçidi rəsmiləşib. “Liverpul” gənc futbolçunu cari mövsümün sonuna kimi bu kluba icarəyə verib. Karvalyo peşəkar karyerasına “Fulhem”də başlayıb. O, 2022-ci ilin yayında 5,9 milyon avroya “Liverpul”a keçib. Fabio bu komandada 21 oyun keçirib və 1 qol vurub. Portuqaliyalı futbolçu 2023-cü ilin yayından dekabrınadək icarə əsasında “Leyptsiq”də oynayıb. O, bu komandanın 15 oyununda iştirak edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul