Romelu Lukaku “Çelsi”yə yenə gərək olmayıb. İngiltərə klubu onu satmağı lazım bilib.
“Football-plus.az” xəbər verir ki, belçikalı hücumçu “Yuventus”a transfer olunmağa yaxındı. “Corriere dello Sport”un yaydığı xəbərə görə, Turin klubu Lukaku ilə üçillik müqavilə üzrə razılığa gəlib. O, yeni klubunda ilə 8 milyon avro məvacib qazanacaq. “Yuventus”un “Çelsi”yə 30 yaşlı oyunçu üçün bonuslar da daxil olmaqla 40 milyon avro ödəyəcəyi bildirilir.
Xatırladaq ki, Romelu ötən mövsüm icarə əsasında “İnter”də çıxış edib.
Lukaku “Çelsi”yə yenə lazım olmadı
Dünya futbolu


