“Xəmsə” azarkeş qrupunun idarə heyətinin üzvü Aqşin Əsgərov son oyunla bağlı belə dedi:
“Futbolçuların “Turan Tovuz” üzərində qələbədən sonra eyforiyaya qapıldıqlarını düşünmürəm. Yəqin ki, oyun alınmadı. Texniki cəhətdən başverənləri baş məşqçi daha yaxşı bilər. İstənilən halda biz “Kəpəz”in bu il premyer-liqada qalacağına inanırıq. Sona qədər də komandamızı dəstəkləyəcəyik. “Kəpəz” yayda hazır olacaq yeni stadionda prenyer-liqa oyununa çıxacaq”.
Eyni zamanda, Aqşin bəydən “Kəpəz Ultras”dan ayrı oturmalarının səbəbini soruşduq:
“Bir yerdə və ya ayrı olmağımızın elə də əhəmiyyəti yoxdu. Əsas odu ki, hər iki fanklub komandanı dəstəkləyir. Hər birimizin ayrı-ayrılıqda komandanı dəstəkləməsində elə bir problem görmürəm”.
ƏSƏD SEYİDOV





