“Kəpəz” yeni mövsümə də uğurlu başlaya bilmədi.
Gəncə təmsilçisi ardıcıl iki məğlubiyyətdən sonra premyer-liqada xalsız qalan yeganə komandadı. Bəs “Xəmsə” azarkeş qrupu bu haqda nə düşünür? Belə durumdan çıxmaq üçün hansı addımlar atılmalıdı? Fanklubun idarə heyətinin üzvü Müşfiq Məmmədov:
“Əlbəttə, bu nəticələr heç birimizi razı salmır. Düşünürük ki, komandaya yeni oyunçuların cəlb olunması vacibdi. Son iki ildə maddi çətinliklərlə premyer-liqada qalmışıqsa, yenə də nəyin bahasına olur-olsun qalmalıyıq. “Kəpəz” azarkeşləri komandanın yeni stadionda ilk oyununu aşağı liqada oynamasını istəmir”.
KAMAL SƏFƏR