Gözlənilən transfer rəsmiləşdi

21.01.2025 14:12 239
Dünya futbolu
Özbəkistan yığmasının oyunçusu Abdukodir Xusanovun “Mançester Siti”yə keçidi rəsmiləşib.

İngiltərə klubunun mətbuat xidmətinin məlumatına görə, 20 yaşlı mərkəz müdafiəçisi ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Abdukodir MS-yə “Lans”dan transfer olunub.

İngiltərə klubunun gənc futbolçu üçün təxminən 40 milyon avro təzminat ödədiyi iddia olunur.