• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya” qaçır, “Bayer-04” qovur - ŞƏRH

Dünya futbolu

20-01-2025, 18:0

Turun mərkəzi oyunu elə açılış matçı idi.

"Football-plus.az" xəbər verir ki, “Borussiya” son çempiona qarşı oyundan öncə heyətlə bağlı çox ciddi problemlərlə üzləşmişdi. Faktiki bütün müdafiə xətti sıradan çıxmışdı. Əmrə Can, Anton, Bensebayni, Şlotterbek qripə yoluxmuşdusa, Zyule zədəli idi. Belədə Nuri Şahin müdafiənin mərkəzində əsl mövqeyi cinah olan Ryuyerson ilə təcrübəsiz Lürsü oynatmaq məcburiyyətində qaldı. Təsadüfi deyil ki, bu müdafiə xətti artıq 25-ci saniyədə qol buraxdı! Nəticədə “Bayer-04” ilk 19 dəqiqəyə 3 qol sığışdırdı. Komanda sonuncu dəfə bundesliqadakı səfər matçında ilk 19 dəqiqəyə 3 qolu 2000-ci ilin martında “Ulm” ilə qarşılaşmada (9:1) vurmuşdu. Bu 3 qolu buraxana qədər bir dəfə fərqlənməyə müvəffəq olan meydan sahibləri ikinci hissədə yalnız fərqi minimuma endirməyi bacardılar. Xabi Alonsonun komandası bundesliqada ardıcıl 6-cı, rəsmi oyunlarda isə ardıcıl 9-cu qələbəsini qazanaraq “Bavariya”nın təqibini davam etdirdi. Bundan başqa? “Bayer-04” bundesliqada səfərdəki məğlubiyyətsiz seriyanı 25 oyuna çatdırmaqla (19 qələbə, 6 heç-heçə) şəxsi rekordunu bir qədər də yaxşılaşdırdı.

Maraqlıdı ki, bu tur heç-heçə qeydə alınmadı. Şənbə günü keçirilən 6 oyundan 3-ü meydan sahiblərinin, 3-ü qonaqların qələbəsi ilə yekunlaşdı. “Ayntraxt” Marmuşun qolu ilə səfərdə debütant “Sankt Pauli”ni yenərək 5 oyunluq qələbəsiz seriyaya son qoydu. Əla növsüm keçirən və bir ayağı “Mançester Siti”də olan Marmuş “Ayntraxt”ın tarixində ilk 16 turda 14 qol vuran birinci futbolçu oldu! “Maynts-05”in autsayder “Bohum”u yendiyi oyunda hər iki qolu hesabına yazan Burkardt üçün də tur rekordla əlamətdar oldu. Belə ki, o, qollarının sayını 34-ə çatdırdı və Kərim Onisivonu (33) geridə qoyaraq “Maynts-05” tarixinin bundesliqada ən məhsuldar futbolçusuna çevrildi. Şteffen Baumqartın “Union”da debütü uğursuz alındı. Səfərdə “Haydenhaym”a boyun əyən paytaxt təmsilçisinin rəsmi matçlarda qələbəsiz seriyası 10 oyuna çatdı! “Volfsburq”a zəif mövsüm keçirən “Hoffenhaym”la səfər oyununda 3 xal üçün 1 qol kifayət etdisə, “Frayburq” evdə debütant “Holştayn” ilə oyunda sürprizə imkan vermədi. “Bavariya” üçün Münhenqladbax səfərləri, adətən, çətin keçir. Elə budəfəki oyun da istisna olmadı. Amma “Borussiya” həddən artıq müdafiəyəmeyilli taktika seçdiyindən qarşılaşma o qədər də baxımlı alınmadı. Matçın taleyini Keynin 2-ci hissənin ortalarında penaltidən vurduğu qol həll etdi. Meydan sahibləri yalnız son 10 dəqiqədə müdafiəni unudaraq irəli atıldılar. Münhen nəhəngi əks-hücumlarda inanılmaz fürsətləri boşa verdi. Amma oyunu 9 seyvlə tamamlayan “Borussiya”nın qapıçısı Nikolasın qəhrəmanlığı bir işə yaramadı. “Rekordmayster” bu önəmli qələbə ilə xal fərqinin azalmasına imkan vermədi.

Tura bazar günü keçirilən iki oyunla yekun vuruldu. Zədədən qayıdan Dəniz Undav dərhal fərqlənməklə “Ştutqart”a “Auqsburq” səfərində minimal hesablı qələbə qazandırdı. Turun ən məhsuldar oyunu “Red Bull Arena”da keçirildi. “Verder” Leyptsiqdə 2 qol vursa da, bu nəinki 3, heç 1 xal qazanmaq üçün də kifayət etmədi. Son 3 turda xal itirməyən “musiqiçilər”in seriyası qırıldı. Onu da bildirək ki, Xavi Simons “öküzlər”in heyətində 55-ci rəsmi oyunda ilk dəfə dubl etdi.

16-cı tur
Borussiya M – Bavariya 0:1

Keyn, 68-p. (54042)
Bavariya: Noyer, Laymer, Dayer, Kim Min Ce, Devis, Qoretska, Kimmix, Olise, Müller (Koman, 60), Sane (Qnabri, 73), Keyn.

Borussiya D – Bayеr-04 2:3
Gittens, 12. Girassi, 79-p. – Tella, 1. Şik, 8; 19. (81365)
Borussiya: Kobel, Kouto, Ryuyerson (Kempbell, 89), Lürs, Kabar (Zabitser, 78), Nmeça, Brandt, Adeyemi (Dyuranvill, 63), Gittens (Malen, 78), Bayer (Reyna, 78), Girassi.
Bayer-04: Qradetski, Mukiele, Tapsoba, Ta, İnkapye, Caka, Andrix, Frimponq (Artur, 88), Qrimaldo (Palasios, 89), Tella (Terrye, 74), Şik (Virts, 63).

Lеyptsiq – Verder 4:2
Simons, 23; 35. Şeşko, 47. Baumqartner, 90 – Vayzer, 26. Berk, 90+3. (47187)
Leyptsiq: Qulaçi, Nusa, Klostermann (Qeertruyda, 87), Zayvald, Orban, Raum (Baku, 65), Vermeeren, Kampl (Aydara, 75), Simons (Baumqartner, 65), Şeşko (Andre Silva, 87), Openda.

Sankt Pauli – Ayntraxt F 0:1
Marmuş, 32. (29546)
Ayntraxt: Trapp, Kristensen, Kollins, Kox, Teate, Braun (Tuta, 83), Skiri, Larsson, Götse (Knauff, 72), Ekitike (Höylunn, 72), Marmuş (Matanoviç, 86).

Auqsburq – Ştutqart 0:1
Dəniz Undav, 65. (30660)
Ştutqart: Nübel, Vaqnoman, Ruo, Şabo, Mittelştadt (Hendriks, 76), Karazor, Ştiller, Miyo (Larsen, 61), Fürix (Levelinq, 76), Voltemade (Keytel, 87), Demiroviç (Dəniz Undav, 61).

Frayburq – Holştayn 3:2
Remberq, 23. Günter, 38. Qrifo, 74 – Harres, 85; 90. (33700)

Haydenhaym – Union 2:0
Kratsiq, 17. Bek, 83. (15000)

Hoffеnhaym – Volfsburq 0:1
Amura, 29. (18114)

Maynts-05 – Bohum 2:0
Burkardt, 23; 69. (33000)

1. Bavariya 16 12 3 1 48-13 39
2. Bayer-04 16 10 5 1 40-23 35
3. Ayntraxt F 16 9 3 4 36-23 30
4. Leyptsiq 16 9 3 4 28-22 30
5. Maynts-05 16 8 4 4 30-20 28
6. Frayburq 16 8 3 5 24-26 27
7. Ştutqart 16 7 5 4 30-25 26
8. Borussiya D 16 7 4 5 30-25 25
9. Verder 16 7 4 5 28-29 25
10. Volfsburq 16 7 3 6 33-28 24
11. Borussiya M 16 7 3 6 25-21 24
12. Union 16 4 5 7 14-21 17
13. Auqsburq 16 4 4 8 17-33 16
14. Sankt Pauli 16 4 2 10 12-20 14
15. Hoffenhyaym 16 3 5 8 20-29 14
16. Haydenhaym 16 4 1 11 20-33 13
17. Holştayn 16 2 2 12 21-41 8
18. Bohum 16 1 3 12 13-37 6

Bombardirlər: Keyn (Bavariya) – 15, Marmuş (Ayntraxt F) – 14, Burkardt (Maynts-05) – 12, Şik (Bayer-04) – 11.

Turun rəqəmi
39 – Dortmund “Borussiya”sının cümə günü evdə uduzmamaq seriyası, nəhayət, qırıldı. Zarafat deyil, komanda bundesliqada cümə günü son ev məğlubiyyətini 21 il öncə yaşamışdı! 2004-cü ilin yanvarında “arılar” Rur derbisində “Şalke-04”ə minimal hesabla boyun əymişdilər. O tarixdən etibarən “Siqnal İduna Park”da cümə günü keçirilən növbəti 39 bundesliqa matçından komanda 30 qələbə, 9 heç-heçə ilə ayrılmışdı. Bu, turnirin rekordu idi. Amma göründüyü kimi, 40-cı qarşılaşmada “Borussiya”nın fanatları önündə “ağ bayraq qaldırmalı” oldu.

Turun ulduzu
Patrik Şik (Bayer-04) – çexiyalı forvard əla formadadı və qollarını davam etdirir. Ötən tur poker edən Şiki ardıcıl 2-ci dəfə turun oyunçusu seçirik. Düzdü, bu tur “Leyptsiq”li Xavi Simons da özünü əla tərəfdən göstərdi. Amma etiraf edək ki, Dortmund səfərində dubl etmək evdə “Verder”lə oyunda dubl etməkdən daha dəyərlidi. 28 yaşlı forvard indidən son iki mövsümdəki ümumi göstəricisini geridə qoyub. Şik son iki mövsümdə bundesliqada ümumilikdə 34 oyuna 10 qol vurmuşdusa, bu mövsüm 13 oyuna artıq 11 dəfə fərqlənib. Onun ən yaxşı göstəricisi (24 qol) 2021/22-də qeydə alınıb.

Turun sitatı
Nuri Şahin, Dortmund “Borussiya”sının baş məşqçisi:

“Düzdü, bu heyəti məcburiyyətdən meydana buraxdım və çox güman, bir də heç vaxt belə heyətlə oynamayacağıq. Amma istənilən halda ilk dəqiqələrdən belə sadə qollar buraxacağımızı gözləmirdim. Daha yaxşı müdafiə olunacağımızı düşünürdüm. İlk 19 dəqiqədə 3 qol buraxandan sonra oyuna qayıtmaq asan olmur. Ümumi götürəndə pis təsir bağışlamadıq. Amma “Borussiya” bundan daha yaxşı oynamağa qadirdi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-02-2024, 16:0

''Qarabağ''ın rəqibi Almaniya futbolunda yeni tarix yazdı

Dünya futbolu

24-09-2024, 16:0

“Bavariya” 5 qol vurdu, “Borussiya” 5 qol buraxdı - İCMAL

Dünya futbolu

6-11-2024, 13:0

“Borussiya” “Bavariya”nı vahid lider etdi - TURUN ŞƏRHİ

Dünya futbolu

6-03-2024, 19:0

“Bayer-04” xal fərqini 10-a, çempionluq şansını 95 faizə yüksəltdi! – TURUN ŞƏRHİ

Dünya futbolu

2-12-2024, 01:0

Keyn qəhrəman oldu və Holannın rekordunu yenilədi - İCMAL

Dünya futbolu

21-12-2024, 11:0

Musiala “Bavariya”nı büdrəməyə qoymadı - İCMAL

Aktual
Veysəl Rzayevin sağlıq durumuyla bağlı şad xəbər – cərrah açıqladı
Mahir Emreli hamını aldadıb?
“Traktor” noyabrdan sonra ilk dəfə…
“Sonda görəcəksiz ki, ən yaxşı vəziyyətdəyəm” - "Turan Tovuz"un yeni hücumçusu
“Turan Tovuz” “Turan” olmaq istəyir, amma...
“Fərdi səhvdən qol buraxaraq xal itirdiyimizə görə üzgünük” – liderin baş məşqçisi
Son xəbərlər
  • Bu gün, 11:57
    Veysəl Rzayevin sağlıq durumuyla bağlı şad xəbər – cərrah açıqladı
  • Bu gün, 11:26
    Nigarın komandası məğlub oldu
  • Bu gün, 10:55
    Mahir Emreli hamını aldadıb?
  • Bu gün, 10:34
    "Çox sevinirəm ki, ardıcıl qollar vururam" - Xəyal Əliyev
  • Bu gün, 10:13
    Favoritlərdən asan qələbələr - İCMAL
  • Bu gün, 09:52
    Nəriman Axundzadə “Qarabağ”dan gedir, amma hara…
  • Bu gün, 09:31
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 09:00
    “Traktor” noyabrdan sonra ilk dəfə…
  • Dünən, 23:58
    "Tam məsuliyyəti müdafiə xəttinin üzərinə atmazdım" - Saşa İliç
  • Dünən, 22:51
    ''Fənərbaxça'' ulduzu ilə yeni müqavilə imzaladı
  • Dünən, 22:20
    Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı
  • Dünən, 21:59
    "Bəlkə bir futbolçu ilə gücləndik" - Rəşad Sadıqov
  • Dünən, 21:23
    ''Fənər''in sabiq baş məşqçisi ''Beşiktaş''ın yeni transferi haqda nə dedi?
  • Dünən, 21:08
    ''Qalatasaray''lı futbolçunun müqaviləsi avtomatik yeniləndi
  • Dünən, 20:25
    "Sabah" "Araz-Naxçıvan"ı, "Zirə" "Sumqayıt"ı məğlub etdi - YENİLƏNİB
  • Dünən, 19:36
    ''Beşiktaş'' bu qış dünyada 4-cü oldu
  • Dünən, 19:20
    "Ölkə futbolu ancaq “Qarabağ”dan aslı deyil" - Valdas Dambrauskas
  • Dünən, 18:43
    "Bu gün oyunçularımda narahatlıq gördüm" - Andrey Demçenko
  • Dünən, 17:47
    "Sumqayıt" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    Millimiz özbəklərə böyük hesabla uduzdu
  • Dünən, 17:10
    Ozancanın komandası qələbə qazandı
  • Dünən, 15:50
    Türkiyə yığmasının üzvü ''Qalatasaray''lı olduğu üçün ''Fənər'' ondan imtina etdi
  • Dünən, 15:29
    "Sabah" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ
  • Dünən, 14:58
    Londonu tərk etdi
  • Dünən, 14:29
    Massumo – Almeyda 3:2! - REPORTAJ
  • Dünən, 14:08
    "Neftçi"nin rəsmi mağazasının açılış mərasimi baş tutdu
  • Dünən, 13:58
    “Şamaxı” Yevlax səfərindən 3 xalla döndü - REPORTAJ
  • Dünən, 13:27
    Final matçını buraxacaq
  • Dünən, 12:56
    İngiltərə klubuna sanksiya verildi
  • Dünən, 12:25
    Levandovski ilə bağlı maraqlı məqam
  • Dünən, 11:54
    Messi reytinqdə liderdi!
  • Dünən, 11:23
    Qeyri-müəyyən müddətə sıradan çıxdı
  • Dünən, 10:52
    14 illik “Atletiko” macərası sona çatacaq?
  • Dünən, 10:31
    İngiltərəyə qayıtmaq şansı var
  • Dünən, 10:00
    Raketka 540 min dollara satıldı!
Daha çox
Oxunub: 485
“Forza Neftçi” “Qarabağ”a müraciət etdi – “qorxunun əcələ faydası yoxdu, çıxın oyununuzu oynayın”
Oxunub: 373
"Səhər yanına getmişdim, narkozun təsiri altındaydı” - Azər Bağırovdan Veysəl Rzayevin bıçaqlanmasına reaksiya
Oxunub: 284
Jeremi gəldi, Elvin Cəfərquliyev bu gecə “Qarabağ”dan gedir?
Oxunub: 275
“Çempionlar Liqasında mərhələ keçmiş komanda “Neftçi” ilə oyundan yayınmaq üçün hər yola əl atır” – Avropadan reaksiya
Oxunub: 265
“Neftçi”nin belə düşüncəli adamlarla nə vaxtsa çempion olacağına inanmıram” – “İmarət” “Forza Neftçi”yə cavab verdi
Oxunub: 226
“Hər üç rədd cavabı “Neftçi”yə qarşı olub” – günahkar “Qarabağ” yox, PFL idi!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə