• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bayer-04” xal fərqini 10-a, çempionluq şansını 95 faizə yüksəltdi! – TURUN ŞƏRHİ

Dünya futbolu

6-03-2024, 19:0

Turlar irəlilədikcə “Bavariya”nın çempionluq şansı göz önündə əriyir.

Çünki komanda qələbə qazanıb “Bayer-04”ün xal itirməsinə ümid bəsləmək əvəzinə, əksinə, özü xalları sağa-sola paylayır. Münhen nəhəngi “Frayburq” səfərində erkən qol buraxıb hesabda geri düşməsinə rəğmən, vəziyyəti öz xeyrinə dəyişə bildi. Amma sonluq istənilən kimi alınmadı. Meydan sahibləri sona 3 dəqiqə qalmış məğlubiyyətdən qurtuldular. Son 4 turda 3-cü dəfə xal itirən “rekordmayster” artıq özü da başa düşür ki, bundan sonra çətin ki, ötənilki kimi möcüzə baş versin...

Şənbə gününün qarşılaşmaları qonaqların böyük üstünlüyü ilə keçdi. Ötən tur sürpriz şəkildə evdə “Hoffenhaym”a boyun əyən Dortmund “Borussiya”sı bu dəfə paytaxtdan inamlı qələbə ilə dönməklə “Union”un bundesliqada evdəki 6 oyunluq məğlubiyyətsiz seriyasına son qoydu. “Arılar” çempionat çərçivəsində təqvim ilinin ilk 5 səfər oyununda cəmi 1 qol buraxmaqla şəxsi rekordu yenilədilər. Bu əsrdə daha öncə bunu yalnız “Bavariya” (2013) və “Leyptsiq” (2019) bacarmışdı. “Leyptsiq” hesabda geri düşdüyü oyunda səfərdə “Bohum”u darmadağın etməklə “Real” ilə oyun ərəfəsində yaxşı formada olduğunu göstərdi. Münhenqladbax “Borussiya”sı Mayntsdan xalla dönməklə səfərdəki 2 oyunluq məğlubiyyət seriyasına son qoydusa, “Auqsburq” autsayder “Darmştadt”la səfər oyununda ilk 29 dəqiqəyə 5 qol sığışdırmaqla əsl şou göstərdi! Bundesliqa tarixində yalnız iki komanda - 2021-də “Frayburq” (Münhenqladbax “Borussiya”sına qarşı) və 1984-də Münhenqladbax “Borussiya”sı (Braunşveyq “Ayntraxt”ına qarşı) 5 qolu daha az müddətə (hər ikisi ilk 25 dəqiqəyə) sığışdırıb. Tarixinin ən uğurlu mövsümünü keçirən “Ştutqart” “Volfsburq”la səfər oyununda hesabına növbəti qələbəni yazdı. Şvabiyalıların “Bavariya”dan artıq cəmi 4 xal geridə olması diqqəti çəkir.

Tura bazar günü keçirilən iki oyunla yekun vuruldu. Əla formada olan Bayerin qolları ilə “Verder”i üstələyən “Hoffenhaym” bu tur evdə qələbə qazanan yeganə komanda oldu. Həmin gün əsas diqqətlər “Reyn Enerji”yə yönəlmişdi. Heç də yaxşı mövsüm keçirməyən və elitada qalmaq uğrunda çarpışan “Köln”, gözlənildiyi kimi, lider “Bayer-04”ə layiqincə müqavimət göstərə bilmədi. “Keçilər” bəlkə də tam heyətlə oynasaydılar, nəyəsə ümid etmək olardı. Amma Tilmannın artıq 14-cü dəqiqədə qırmızı vərəqə almasından sonra hər şey bəlli oldu. Cinah müdafiəçilərinin qolları ilə hesabına növbəti 3 xalı yazan Xabi Alonsonun komandası “Bavariya” ilə xal fərqini 10-a çatdırdı. “Opta”nın versiyasına görə komandanın çempionluq şansı artıq 95 faizə bərabərdi! Rəsmi matçlarda məğlubiyyətsiz seriyanı 34 oyuna çatdıran “aspirinlər” 24-cü turu da uduzmadan başa vurmaqla şəxsi rekordu təkrarladılar. Komanda daha öncə yalnız 2009/10-da ilk 24 turu məğlubiyyətsiz başa vurmuşdu. Maraqlıdı ki, həmin vaxt “Bayer-04” məhz 25-ci turdan etibarən “tökülməyə” başlamış və mövsümü yalnız 4-cü pillədə tamamlamışdı. Bundan başqa, komanda səfərdə ardıcıl 17-ci rəsmi oyunda qol vurmaqla da şəxsi rekordunu təkrarladı. “Bayer-04” daha öncə bunu yalnız 2016-da bacarmışdı.

24-cü tur
Frayburq – Bavariya 2:2
Günter, 12. Höler, 87 – Tel, 35. Musiala, 75. (34700)
Frayburq: Atubolu, Sildilliya, Ginter, Qulde, Günter, Eqqeştayn (Filipp, 85), Höfler, Doan (Vaysshaupt, 77), Şallai (Qreqoritş, 77), Qrifo (Röl, 64), Höler.
Bavariya: Noyer, Kimmix (Laymer, 64), Dayer, Kim Min Çje, Gerreyro (Devis, 64), Pavloviç, Qoretska, Müller (Çupo-Motinq, 76), Musiala (Upamekano, 83), Tel, Keyn.
Köln – Bayer-04 0:2
Frimponq, 37. Qrimaldo, 73. (50000)
Bayer-04: Qradetski, Frimponq (Tella, 46), Stanişiç, Ta, İnkapye (Tapsoba, 79), Qrimaldo, Andrix, Caka (Palasios, 82), Virts, Hofmann (Adli, 65), Şik (İqlesias, 65).
Union – Borussiya D 0:2
Adeyemi, 41. Maatsen, 90. (22012)
Borussiya: Mayer, Ryuyerson, Zyule, Şlotterbek, Maatsen, Zabitser, Əmrə Can, Sanço (Bensebayni, 88), Brandt (Salih Özcan, 66), Adeyemi (Bayno-Gittens, 78), Füllkruq.
Bohum – Leyptsiq 1:4
Vittek, 7 – Olmo, 30. Openda, 68. Ordets, 71-öz qapısına. Poulsen, 72. (24200)
Leyptsiq: Qulaçi, Henrixs (Simakan, 78), Orban, Lukeba, Raum, Aydara, Zayvald, Olmo (Elmas, 65), Simons (Bitşiabu, 88), Baumqartner (Poulsen, 65), Openda (Şeşko, 65).
Volfsburq – Ştutqart 2:3
Mehle, 50. L.Nmeça, 83 – Girassi, 14; 54-p. Vaqnoman, 77. (28917)
Ştutqart: Nübel, Vaqnoman, Ruo, Anton, İto, Mittelştadt (Mvumpa, 87), Karazor, Ştiller (Mahmud Dahud, 90+7), Miyo (Dəniz Undav, 72), Fürix (Levelinq, 72), Girassi (Çon Vu Yon, 87).
Haydenhaym – Ayntraxt F 1:2
Piringer, 59 – Gimber, 39-öz qapısına. Nkunku, 49. (15000)
Hoffenhaym – Verder 2:1
Bayer, 8; 44 – Alvero, 90+2. (25000)
Maynts-05 – Borussiya M 1:1
Burkardt, 12 – Nqumu, 55. (33305)
Darmştadt – Auqsburq 0:6
Tits, 2; 84. Yensen, 12. Demiroviç, 20; 29. Varqas, 25. (17810)
1. Bayer-04 24 20 4 0 61-16 64
2. Bavariya 24 17 3 4 65-28 54
3. Ştutqart 24 16 2 6 55-31 50
4. Borussiya D 24 12 8 4 48-30 44
5. Leyptsiq 24 13 4 7 53-31 43
6. Ayntraxt F 24 9 10 5 38-31 37
7. Hoffenhaym 24 9 6 9 43-44 33
8. Verder 24 8 6 10 33-37 30
9. Frayburq 24 8 6 10 32-44 30
10. Auqsburq 24 7 8 9 39-41 29
11. Haydenhaym 24 7 7 10 34-42 28
12. Borussiya M 24 6 8 10 42-46 26
13. Volfsburq 24 6 7 11 30-39 25
14. Union 24 7 4 13 23-39 25
15. Bohum 24 5 10 9 29-50 25
16. Köln 24 3 8 13 16-39 17
17. Maynts-05 24 2 10 12 19-38 16
18. Darmştadt 24 2 7 15 24-58 13
Bombardirlər: Keyn (Bavariya) – 27, Girassi (Ştutqart) – 20, Openda (Leyptsiq) – 17, Dəniz Undav (Ştutqart), Demiroviç (Auqsburq) – 14.
Növbəti turun oyunları martın 8-10-u aralığında keçiriləcək: Verder – Borussiya D, Ştutqart – Union, Bohum – Frayburq, Bayer-04 – Volfsburq, Bavariya – Maynts-05, Leyptsiq – Darmştadt, Ayntraxt F – Hoffenhaym, Borussiya M – Köln, Auqsburq – Haydenhaym.

Turun rəqəmi
50 – Xabi Alonso baş məşqçi qismində bundesliqada 50-ci oyununu keçirdi və 33-cü qələbəyə sevindi (10 heç-heçə, 7 məğlubiyyət). Bu, turnirin tarixində 3-cü ən yaxşı göstəricidi. İlk 50 oyunda yalnız “Bavariya”nın məşqçiləri – Hans-Diter Flik (40) və Xosep Qvardiola (42) Alonsodan daha çox qələbə qazanıb.

Turun ulduzu
Seru Girassi (Ştutqart) – fransızəsilli qvineyalı forvard mükəmməl mövsüm keçirməkdə, komandasını çiynində daşımaqda və rekordları alt-üst etməkdədi. 27 yaşlı forvard çətin “Volfsburq” səfərində biri penaltidən olmaqla 2 qol vurdu və şvabiyalıların qələbəsində mühüm rol oynadı. 24 oyuna 50 xal “Ştutqart”ın bundesliqada yeni rekordudu. Eyni zamanda indiyə qədər bu klubun heyətində heç bir futbolçu mövsümün ilk 24 turunda 20 qol vurmamışdı!

Turun sitatı
Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:

“Nəticədən də, oyundan da razıyam. Reyn derbisində, əla atmosferdə qalib gəlmək heç də asan deyil. Turnir cədvəlində yaranmış vəziyyət heç nəyi dəyişmir. Harda olduğumuzu bilirik və hələ ki bizim üçün mövsüm uğurlu məcrada keçir. Amma sona hələ 10 tur var. Ona görə də tələsmədən, pillə-pillə irəliləyəcəyik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

14-03-2023, 18:0

“Borussiya” derbidə büdrədi və “Bavariya”nı irəli buraxdı – TƏHLİL

Dünya futbolu

6-09-2023, 19:0

“Haydenhaym” elitada ilk xalını Dortmundda qazandı! - TURUN ŞƏRHİ

Dünya futbolu

17-05-2023, 21:0

“Bavariya” və “Borussiya” rəqiblərini “kötəklədi” - TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2023, 14:0

“Borussiya” “Alyans Arena”da yenə eyni aqibətlə üzləşdi – 26-cı turun şərhi

Dünya futbolu

12-04-2023, 21:0

Terziç “Borussiya”da yeni rekordçu oldu – ŞƏRH

Aktual
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Son xəbərlər
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
Daha çox
Oxunub: 208
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 96
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə