"Turan Tovuz" braziliyalı futbolçu transfer etdi

18.01.2025 15:35 287
Ölkə futbolu
"Turan Tovuz" heyətinə yeni oyunçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, braziliyalı müdafiəçi Kauan Martins De Paula ilə "6 ay + 1 illik" müqavilə bağlanılıb.

Son olaraq Şimali Makedoniyanın "Brera Strumitsa" klubunda forma geyinən 24 yaşlı futbolçu vətənində "Pirasikaba", "Mariliya" və "Qremio" Estoniyada isə "Narva-Trans"ın şərəfini qoruyub.

Qeyd edək ki, "Turan Tovuz" bu qış Anton Kraçkovski, Rəhim Sadıxov və Orxan Əliyevi də heyətinə cəlb edib.