"Turan Tovuz" braziliyalı hücumçunu transfer edib

7.07.2023 10:00 242
Ölkə futbolu
"Turan Tovuz" növbəti transferini gerçəkləşdirib.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi braziliyalı futbolçu Luis Enrike Paçunu heyətinə qatıb.

27 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, təcrübəli forvardın son klubu Portuqaliya "Trofense"si olub.