"Turan Tovuz"dan ayrılan futbolçu Braziliyada

22.08.2024 14:31 347
Ölkə futbolu
"Turan Tovuz"un bu ay yolları ayırdığı Bruno Qonçalveşin yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, braziliyalı futbolçu karyerasını ölkəsinin "Quarani" klubunda davam etdirəcək. Bu barədə B seriyasının təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 27 yaşlı müdafiəçi ilə 2025-ci il dekabrın 31-nə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, ötən yay "Turan Tovuz"a transfer olunmuşdu.