Belədə komandanın yeni mərkəz hücumçusuna ehtiyacı varmı, yoxsa mövcud resurslarla da problemin öhdəsindən gəlmək olar? “Football-plus.az”ın bu sualını təcrübəli mütəxəssis Aslan Kərimov cavabladı:
“Təbii ki, Juninyo “Qarabağ” üçün böyük bir qüvvə idi. Onun gedişi də bilinəcək. Bu yalnız yeni bir oyunçu gələnə qədərdi. “Qarabağ”ın məqsədlərinə baxmaq lazım gələcək. Məqsəd Çempionlar Liqasının qrupuna düşməkdi. Amma bunun üçün resursları kifayət etməz. Daha yaxşı hücumçuya ehtiyacları var. Qış fasiləsində bunun öhdəsindən gələ bilmədilər. Qış fasiləsində bəxtin gətirərsə, keyfiyyətli futbolçu tapa bilərsən. Mənə elə gəlir ki, axtarışdaydılar, amma tapmadılar. Yayda tapmaq lazım gələcək. Oyunçunun uyğunlaşması üçün də bəlli bir vaxt lazımdı”.
ƏSƏD SEYİDOV





