Juninyo rəsmən "Flamenqo"da

15.01.2025 22:21 322
Ölkə futbolu
"Qarabağ"ın futbolçusu Olavio Juninyo “Flamenqo”ya transfer olunub.

"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı hücumçu Braziliya klubu ilə müqavilə imzalayıb. 2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub.

O, premyer-liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. Juninyo "Qarabağ"la ölkə çempionu və ölkə kubokunun qalibi olub.