• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Hesab edirəm ki, böyükhesablı məğlubiyyət olmayacaq" - Aslan Kərimov belə dedi

Aktual / Avropa Liqası

14-03-2024, 16:0

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ” səfərdə “Bayer-04”lə qarşılaşacaq.

Görəsən, Xabi Alonsonun 36 oyunluq məğlubiyyətsizlik seriyasına malik olan “alman maşını”nın qarşısını necə almaq olar? Ağdam təmsilçisi necə oynamalıdı ki, növbəti mərhələyə adlamağın mümkünlüyünə ümid edə bilək? Erkən qol buraxmaq yekun uğur baxımından nə dərəcədə önəmli olardı? Bu sualları təcrübəli mütəxəssis Aslan Kərimova ünvanladıq:

“Əslində bu barədə fikir bildirmək asandı, sadəcə, “Qarabağ”ın belə oyunun öhdəsindən gələ bilib-bilməyəcəyi sual doğurur. Oyunun mümkün axarı barədə bunu deyə bilərəm: çox güman, “Bayer-04” Bakıdakı oyunun ikinci yarısına necə başlamışdısa, cavab görüşünə də elə start verəcək. Doğrusu, bilmirəm ki, Xabi Alonso əsas heyəti meydana buraxacaq, yoxsa yenə ikinci heyətlə start götürəcək? Bunu təxmin etmək çətindi. Amma əsas heyətlə meydançaya çıxsalar, bizim onları üstələmək şansımız yenə də əks-hücumlarda olacaq. Yəni rəqibi qarşılayarkən topu ələ keçirəyin və həmin yığcamlığı saxlamağın lazım gələcəyini düşünürəm. Çox güman, yenə də 4-2-3-1 taktiki düzülüşüylə meydana çıxacağıq. Hücumun sivri ucunda bir oyunçumuz olacaq. Ümid edirəm ki, Olaviyo Juninyonun vəziyyəti yaxşıdı və bu qarşılaşmada iştirak edə biləcək. Çünki Conatan Ta kimi “ağır” mərkəz müdafiəçisindən yayınmaqdan ötrü sürətli hücumçuya ehtiyacımız var. Nəriman Axundzadə də bunun öhdəsindən gələ bilər. Lakin Nərimanın təcrübəsi Juninyo ilə müqayisədə daha azdı. Hesab edirəm ki, rəqibi mərkəzdə qarşılayacağıq. Onların qapımızın qarşısına çox yaxın olmaları çox təhlükəlidi. Çünki heyətlərində Florian Virts, Patrik Şik, Qranit Caka kimi futbolçular var. Hansı ki, bu oyunçular cərimə meydançasının ətrafında istənilən an hər şeyi etməyə qadirdi. Buna görə də nisbətən öndə çıxış edən futbolçularımız, məsələn, yarımmüdafiəçilərimiz və hücumçularımız həddən artıq çox məsafə qət etməli olacaqlar. Belə oyun sərgilədiyimiz halda isə matçın Almaniyada keçirilməsinə baxmayaraq, yüzdəyüz qol imkanlarımız olacaq. Fürsət yaranacağı təqdirdə də bu imkanları reallaşdırmaq lazım gələcək ki, yalnız o zaman bu mərhələni keçməyə ümid edə bilərik. Hər halda, “Bayer-04” ilə oyunda hesabda önə keçməyin Bakıdakı görüşdəkindən daha çətin olacağını düşünürəm. Bu matçdan azarkeş kimi həzz almalıyıq. Hesab edirəm ki, böyükhesablı məğlubiyyət olmayacaq. Sadəcə, rəqibin usta futbolçularının qarşısını ala bilsək və əks-hücumda sürətli oynasaq, bu görüşdən qalib ayrıla bilərik”.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

7-03-2024, 17:0

"Bayer-04"ün əsas qapıçısı "Qarabağ"a qarşı oynamayacaq

Dünya futbolu

11-03-2024, 11:0

“Bayer-04” Xabi Alonsoya görə 24 milyon avro istəyir

Avropa Liqası

4-03-2024, 15:0

"Qurban Qurbanov Alonsonun iş üsulları ilə tanış olmaq üçün Leverkuzenə səfər edib"

Avropa Liqası

7-03-2024, 11:0

Qurban Qurbanov Xabi Alonso ilə görüşdü

Manşet / Avropa Liqası

7-03-2024, 13:0

“Bayer-04”dən saymazyana münasibət?!

Manşet / Avropa Liqası

9-03-2024, 11:0

"Bayer-04" "Köln"lə oynayarkən belə çətinlik çəkməmişdi... - Almaniya mətbuatı Alonsoya qəzəblidi

Aktual
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
“Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
Son xəbərlər
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Dünən, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Dünən, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
  • Dünən, 13:26
    “Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
  • Dünən, 12:55
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 12:24
    Bütün oyunçuları arxada qoydu
  • Dünən, 11:53
    Dünya çempionatının rekordunu təkrarladı
  • Dünən, 11:22
    Milana Rəhimova Latviya klubunda
  • Dünən, 10:52
    Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
  • Dünən, 10:31
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 10:00
    Mbappe rekordlardan doymur
  • Dünən, 09:40
    Yarımfinal: Fransa - Ispaniya, Ingiltərə - Argentina
  • 11-07-2026, 23:0
    İngilis futbolçu “2” aldı
  • 11-07-2026, 23:0
    Yubiley qolunun müəllifi oldu
  • 11-07-2026, 23:0
    İspaniyaya qarşı oynamayacaq
  • 11-07-2026, 22:0
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 186
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 140
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 136
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə