Baş məşqçisi Karlo Ançelotti buna münasibət bildirib. Qeyd edək ki, 79-cu dəqiqədə braziliyalı futbolçu rəqib qapıçısı Stole Dimitrievskini itələyərək yerə yıxıb və buna görə qırmızı vərəqə alıb. Ançelotti oyunsonrası mətbuat konfransında hakim qərarı ilə razılaşmadığını və apellyasiya şikayəti edəcəklərini deyib:
“Bu, qırmızı vərəqə deyil. Qapıçı onu itələdi və Vini cavab verdi. Hər ikisi üçün sarı vərəqə olmalı idi, vəssalam”.



