Ançelotti Poçettinonun sözlərinə cavab verdi

29.04.2022 22:50 403
Dünya futbolu
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti PSJ-li həmkarı Maurisio Poçettinonun Kilian Mbappenin gələcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.

"Football-plus.az" xəbər verir ki, argentinalı daha əvvəl özünün də Mbappe ilə birgə gələn mövsüm PSJ-də qalacağını demişdi.

Pochettino müntəzəm olaraq Mbappenin gələcəyini şərh edir.

O məşqçilərin mətbuat konfransında bütün həqiqəti deyə bilməyəcəklərini bildirib.

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi iyunun 30-da başa çatır. 23 yaşlı fransalıya əsas namizəd Real Madriddir. Bu mövsüm hücumçu 42 oyunda 33 qol vurub və 22 məhsuldar ötürmə edib.