Ançelotti Ardanı təriflədi

15.03.2024 22:20 167
Dünya futbolu
"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın türkiyəli futbolçusu Arda Güləri tərifləyib.

"Football-plus.az" xəbər verir ki, italiyalı mütəxəssis 19 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdı. Ançelotti Gülərin ilk qolu barədə danışarkən futbolçu haqda xoş fikirlər səsləndirib:

"Arda Gülər potensial vəd edən oyunçudu. O, böyük istedada malikdi. Vurduğu qol da maraqlı alındı. Çünki Arda bir o qədər işlək olmayan ayağı ilə fərqləndi. Onun "Real"da böyük gələcəyi olacaq. Hazırda türkiyəli futbolçudan razıyıq və ona güvənirik".


Xatırladaq ki, İspaniya çempionatının 28-ci turunun "Real" - "Selta" (4:0) matçında Arda madridlilərin dördüncü qoluna imza atıb.