“Real”da qələbə sayına görə 3-cü yerə çıxdı

9.10.2022 22:50 265
Dünya futbolu
İspaniya çempionatının 8-ci turunun “Xetafe” ilə oyunu (1:0) Karlo Ançelotti üçün əlamətdar olub.

O, bu komanda ilə La Liqada 90-cı qələbəsini qazanıb. İtaliyalı məşqçi bu göstəriciyə əsasən Leo Beenhakkeri (89) arxada qoyaraq “Real”da 3-cü yerə çıxıb. Ançelotti indi qələbə sayına görə Migel Munyosdan (257) və Zinəddin Zidandan (124) geri qalır.