• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

2024 futbol dünyasında hansı hadisələrlə yadda qaldı?

Dünya futbolu / Manşet

7-01-2025, 08:0

2024-cü ilin futbol dünyasında hansı hadisələrlə yadda qaldığını xatırlatmağın məqamıdı.

"Football-plus.az" xəbər verir ki, il müxtəlif olaylar baxımından zəngin keçdi. 366 gün ərzində sevindirici məqamlar olduğu kimi, məyusluq doğuran faktlar da qeydə alındı. İndi geri boylanaraq daha çox yaddaqalan hadisələrə qayıdacağıq. Beləliklə...

2024-cü ilin komandası...
“Real” ilə damğa vurdu. İspaniya klubu il ərzində çıxış etdiyi 6 turnirin 5-də qalib gəldi. Daxili yarışlarda La Liqa çempionluğunu və İspaniya superkubokunu qazanan madridlilər tarixində 15-ci dəfə Çempionlar Liqasında, həmçinin Avropa Superkuboku və Qitələrarası Kubokda rəqib tanımadılar. “Real”ın bu il qalib gələ bilmədiyi yeganə turnirin İspaniya kuboku olduğunu da xatırladaq.

...məşqçisi...
“Kral klubu” ilə 5 titul qazanan Karlo Ançelotti “İlin ən yaxşı məşqçisi” nominasiyasında qalib gəlməyə bilməzdi. Zarafat deyil, o, artıq “Real”ın tarixinə ən titullu mütəxəssis kimi düşüb. İlin sonuncu beynəlxalq yarışı olan Qitələrarası Kubokda “Real”la 15-ci kuboku qazanan Ançelotti Migel Munyosu arxada qoyaraq yeni rekordun müəllifi oldu. Əlavə edək ki, 65 yaşlı italiyalı mütəxəssis indiyədək müxtəlif klublarla (Yuventus, Milan, Çelsi, PSJ, Bavariya, Real) 31 titula (İntertoto Kubokunu da nəzərə almaqla) sahib olub.

...oyunçusu...
Rodri ilə Vinisius Junior ilin iki nüfuzlu fərdi mükafatına sahib çıxdılar. “Real”ın braziliyalı vingeri FİFA-nın milli komandaların baş məşqçiləri, kapitanları və media nümayəndələri arasında keçirdiyi geniş sorğuda qalib gəldi. Amma 2016-cı ildə təsis olunan “The Best” mükafatı sahibini 1956-cı ildən tapmağa başladığı “Qızıl top”la müqayisə oluna bilməz. “Futbol+” qəzeti media orqanı olduğundan məhz “France Football”un keçirdiyi səsvermədə jurnalistlərin rəyi əsasında qalib gələn Rodriyə üstünlük verdik. 28 yaşlı yarımmüdafiəçinin ilin ilk yarısında “Mançester Siti” və İspaniya yığmasındakı mükəmməl çıxışına daha çox dəyər verdik.

...oyunu...
Almaniyada təşkil edilən AÇ-2024-ün İspaniya və İngiltərə yığmaları arasında keçirilən finalı adına layiq oldu. Rəqiblər azarkeşləri yalnız fasilədən sonra qollarla həyəcanlandırsalar da, matç ümumilikdə çox baxımlı alındı. Fasilədən dərhal sonra Niko Uilyams Lamin Yamalın ötürməsi ilə hesabı açdı. Meydana 70-ci dəqiqədə çıxan Koul Palmer az sonra uzaqdan zərbə ilə ingilisləri ayağa qaldırdı. Lakin 86-cı dəqiqədə Mikel Oyarsabal pireneyliləri hesabda yenidən önə keçirdi. Təslim olmaq istəməyən britaniyalılar mübarizəni əlavə vaxta daşıya bilərdilər. Amma Daniel Olmo müdafiəçi Mark Qehinin zərbəsindən sonra topu başı ilə geri qaytardı və İspaniyanın qitə çempionatında rekord sayda - 4-cü çempionluğu rəsmiləşdi.

...rekordu...
Kriştiano Ronaldo bombardirlik qabiliyyətini Səudiyyə Ərəbistanında da ən yüksək səviyyədə nümayiş etdirir. “Əl-Nəssr”in ulduz futbolçusu artıq elə bir rekorda imza atıb ki, ona yaxın gələcəkdə kiminsə çatıb-çatmayacağını zamanın ixtiyarına buraxırıq. 39 yaşlı portuqaliyalı hücumçu 6-cı dəfə Avropa çempionatında iştirak etdi! Amma bu da var ki, ilk dəfə qitə birinciliyində qol vura bilmədi. Əvvəlki 5 turnirdə ümumilikdə 14 dəfə qapıya yol tapan Ronaldonun həm qol, həm də AÇ-də 30 oyunluq göstərici ilə rekordçu olduğunu da bildirək.

...seriyası...
Aprelin 17-də “Əl-Hilal”ın seriyası qırıldı: Səudiyyə Ərəbistanı klubu bütün turnirlərdə ardıcıl 34 qələbə (!) qazandıqdan sonra Asiya Çempionlar Liqasının (ÇL) ilk yarımfinal matçında “Əl-Əyn”ə (BƏƏ) uduzdu (2:4). Sonuncu dəfə 2023-cü il sentyabrın 21-də yerli çempionatda “Damak”a qalib gələ bilməyən (1:1) “Əl-Hilal” rəsmi dünya rekordçusu kimi Ginnesin Rekordlar Kitabının sertifikatını aldı. Maraq üçün ər-riyadlıların qələbə seriyasını dayandıran “Əl-Əyn”in ÇL-in qalibi olduğunu da bildirək.

...istefası...
Qaret Sautqeytin İngiltərə yığmasındakı 8 illik fəaliyyəti yayda sona çatdı. 54 yaşlı mütəxəssis komandadan titul qazanmadan getdi. Halbuki bunun əksi də baş verə bilərdi. “Futbolun yaradıcıları” ardıcıl iki qitə çempionatının finalında oynadılar, amma hər iki halda gümüş medallarla təskinlik tapdılar: AÇ-2020-nin finalında İtaliyaya penalti seriyasında, AÇ-2024-ün son matçında isə İspaniyaya uduzdular. Sautqeyt isə bu dəfəki finaldan iki gün sonra postundan ayrılmağı lazım bildi.

...təyinatı...
Hələ ötən mövsümün gedişində Yürgen Kloppun “Liverpul”dan ayrılacağı məlum idi. Komanda ilə daxili və beynəlxalq yarışlarda 8 kubok qazanan alman mütəxəssis rəhbərliyə özünə daha layiqli xələf tapması üçün yaxşı imkan yaratdı. Bosların Arne Slotun xeyrinə doğru seçim etməsi qısa zamanda təsdiqini tapdı. Sadəcə, mövcud vəziyyətə diqqət yetirək: “Liverpul” 46 yaşlı niderlandlı mütəxəssisin başçılığı altında premyer-liqada və ÇL-in vahid liqa mərhələsində inamla liderlik edir!

...transferi...
Nəhayət, “Real” rəhbərliyi ilə Kilian Mbappe çoxdankı arzusuna çatdı. Fransalı hücumçu bu yay İspaniya nəhənginin formasını geydi. Özü də 7 il çıxış etdiyi PSJ-dən azad agent kimi ayrıldı. Doğrudu, Madriddə olduğu ilk aylar 26 yaşlı dünya çempionu üçün heç də asan keçmədi. Bir ara müxtəlif səbəblərdən psixoloji problemlər də yaşayan Kilian tədricən uyğunlaşma prosesini arxada qoyub. Və artıq ağ futbolkada qollarını sıralamaqdadı. Bu mövsüm “Real” ilə iştirak etdiyi bütün turnirlərdə 23 oyuna 13 qol vuran futbolçu hesabına 3 məhsuldar ötürmə də yazıb.

...cəzası...
2023-ci ilin avqustunda Pol Poqbanın dopinq testi müsbət nəticələnmişdi. Onda qeyri-müəyyən müddətə futboldan kənarlaşdırılan fransalı yarımmüdafiəçinin aqibəti 2024-cü ilin fevralında məlum oldu. 4 illik cəzaya məruz qalan dünya çempionu dərman kimi qəbul etdiyi maddənin qadağan olunduğunu bilmədiyini iddia etdi. Onun İdman Arbitraj Məhkəməsinə şikayəti qismən nəticə verdi. Cəzası azaldılan Pol artıq martda rəsmi oyunlarda meydana çıxa biləcək. Amma bu hadisə onunla müqaviləni pozan “Yuventus”da baş verməyəcək.

...itkisi...
Frants Bekkenbauer yanvarın 7-də 78 yaşında vəfat etdi. Ötən əsrin 60-70-ci illərində yaşıl meydanlarda xarüqələr yaradan məşhur almaniyalı adını futbol tarixinə qızıl hərflərlə yazıb. “Bavariya” və Almaniya yığması ilə həm futbolçu, həm də məşqçi kimi daxili və beynəlxalq turnirlərdə çox sayda titul qazanan “Kayzer Frants” özünü klub prezidenti və funksioner kimi də sübut edib. Yeri gəlmişkən, bundan sonra Almaniya Superkuboku Bekkenbauerin adını daşıyacaq.

...rəmzi komandası...
İl ərzində özünü ən yaxşı tərəfdən göstərə bilən futbolçuların rəmzi komandasında “Real”ın daha çox oyunçu ilə təmsil olunması təbii qarşılanmalıdı. 2024-ü 5 kubokla başa vuran madridlilərin 5 üzvünü ilk “11-liy”ə layiq bildik: qapıçı - Emiliano Martines (Aston Villa); müdafiəçilər - Daniel Karvaxal, Antonio Rüdiger (hər ikisi “Real”), Ruben Diaş (Mançester Siti), Vilyam Saliba (Arsenal); yarımmüdafiəçilər - Rodri (Mançester Siti), Toni Kroos (“Real”, yayda karyerasını başa vurub), Cud Bellingem (Real); hücumçular -Məhəmməd Salah (Liverpul), Erlinq Holann (Mançester Siti), Vinisius Junior (Real).

...və sitatı
Mişel Platininin FİFA və UEFA-nın rəhbərləri haqda heç də xoş fikirlər səsləndirməyəcəyi aydın idi. UEFA-nın korrupsiyada ittiham olunaraq ağır cəzaya məhkum olunan sabiq prezidentinin müasir futbolla bağlı dedikləri də maraqlı idi:

“Çeferin ilə İnfantino heç kimdilər, onlar yalnız pul haqqında düşünürlər. Onlar yeni axmaq Çempionlar Liqası formatını yaratdılar. Növbəti mövsümdən bu turnirdə daha çox matç keçiriləcək. Mən istərdim ki, futbolu futbol təcrübəsi olan adamlar idarə etsinlər. Yəni oyunu həqiqətən başa düşənlər. Bu gün bu idman sahəsi tarixi olmayan idarəçilərin və taktika ilə məşğul olan məşqçilərin əlindədi. Pianonu Motsarta verdiyimiz kimi, topu da futbolçu uşağa verməliyik. Məşqçilər indi yalnız oxlar və hərəkətlərlə dolu lövhədə sxematik rəsmləri necə çəkməyi bilirlər. Amma futbol bir oyundu, ona görə də qoyun, futbolçular sərbəst oynasınlar”.


RAMİL YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

31-12-2023, 13:0

2023-cü ilin komandası

Dünya futbolu

31-12-2023, 13:0

İlin məşqçisi

Dünya futbolu

31-12-2023, 14:0

İlin oyunçusu

Dünya futbolu

31-12-2023, 18:0

İlin transferi

Dünya futbolu

31-12-2023, 14:0

İlin laureatı

Dünya futbolu

31-12-2023, 20:0

İlin rəmzi komandası

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Dünən, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Dünən, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Dünən, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Dünən, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 248
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 243
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə