2023-cü ilin futbol dünyasında hansı hadisələrlə yadda qaldığını xatırlatmağın məqamıdı.
İl milli komanda səviyyəli nəhəng turnirlər baxımından kasad olsa da, vurğulanası məqamlar da yox deyildi. Əlbəttə, 365 gün ərzində sevindirici hadisələr yaşandığı kimi, məyusluq doğuran faktlar da qeydə alındı. İndi geri boylanaraq daha önəmli hadisələrə nəzər salacağıq. Beləliklə...
...transferi...
Hələ ötən mövsümün sonuna yaxın Cud Bellingemin “Borussiya”nı tərk edəcəyi məlum idi. Dortmund klubunun 20 yaşlı yarımmüdafiəçisi uğrunda mübarizədən “Real” qalib çıxdı. İngilis futbolçunun satışından 103 milyon avro qazanan “Borussiya”nın bonus kimi daha 30,9 milyon avro irəli düşmək imkanı var. Bu ehtimalın reallaşması isə yetərincə inandırıcı görünür. Ona görə ki, Cud hazırkı komandasında, sadəcə, fantastik çıxış edir. İspaniya çempionatında 16 oyuna 13 qol vuran gənc futbolçu hesabına 2 məhsuldar ötürmə də yazıb. Onun bu gedişlə La Liqada mövsümün ən yaxşı bombardiri olacağını əminliklə proqnozlaşdırmaq olar.