2023-cü ilin futbol dünyasında hansı hadisələrlə yadda qaldığını xatırlatmağın məqamıdı.
İl milli komanda səviyyəli nəhəng turnirlər baxımından kasad olsa da, vurğulanası məqamlar da yox deyildi. Əlbəttə, 365 gün ərzində sevindirici hadisələr yaşandığı kimi, məyusluq doğuran faktlar da qeydə alındı. İndi geri boylanaraq daha önəmli hadisələrə nəzər salacağıq. Beləliklə...
...laureatı...
Lionel Messi “Qızıl top” kolleksiyasını bir qədər də genişləndirdi. Argentinalı hücumçu bu mükafatı 8-ci (!) dəfə qazanmaqla sahibi olduğu rekordu yenilədi! Onun “Frans Futbol”un son sorğusunda qalib gəlməsi böyük ölçüdə mükafatın verilmə sistemindəki dəyişikliklə bağlı idi. “İnter Mayami”nin 36 yaşlı lideri 2022/23 mövsümündəki uğurlarına, konkret DÇ-2022-dəki çempionluğa görə rəqibləri üçün əlçatmaz oldu.