2023-cü ilin futbol dünyasında hansı hadisələrlə yadda qaldığını xatırlatmağın məqamıdı.
İl milli komanda səviyyəli nəhəng turnirlər baxımından kasad olsa da, vurğulanası məqamlar da yox deyildi. Əlbəttə, 365 gün ərzində sevindirici hadisələr yaşandığı kimi, məyusluq doğuran faktlar da qeydə alındı. İndi geri boylanaraq daha önəmli hadisələrə nəzər salacağıq. Beləliklə...
...rəmzi komandası...
İl ərzində özünü ən yaxşı tərəfdən göstərə bilən futbolçuların rəmzi komandasında “Mançester Siti”nin daha çox oyunçu ilə təmsil olunması təbii qarşılanmalıdı. 2023-ü 5 kubokla başa vuran “şəhərlilər”in 5 üzvünü ilk “11-liy”ə layiq bildik: qapıçı – Ederson (MS); müdafiəçilər – Kayl Uoker, Ruben Diaş (hər ikisi MS), Antonio Rüdiger (Real), Federiko Dimarko (İnter); yarımmüdafiəçilər - Rodri (MS), Nikolo Barella (İnter), Cud Bellingem (Borussiya D/Real); hücumçular – Kilian Mbappe (PSJ), Erlinq Holann (MS), Məhəmməd Salah (Liverpul).