Türkiyənin 1-ci liqasında 18-ci tura start verilib.
"Football-plus.az" xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geydiyi “Boluspor” "Yeni Malatyaspor”un qonağı olub və 4:2 hesabı ilə qalib gəlib. Həmyerlimiz matçın iştirakçısı olmayıb. Son vaxtlar heyətə düşə bilməyən futbolçu bu görüşdə də matçı sona kimi ehtiyat oyunçular skamyasından izləyib.
“Boluspor” 25 xalla 8-ci pillədə qərarlaşıb.