Vüsal ehtiyatda qaldı

21.10.2024 10:00 248
Dünya futbolu
Türkiyənin 1-ci liqasında 9-cu turun oyunları davam edir.

"Football-plus.az" xəbər verir ki, həmyerlimiz Vüsal İsgəndərlinin formasını geydiyi “Boluspor” öz meydanında “Çorum”u qəbul edib. Matç Bolu klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İsgəndərli əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Bu qələbə sayəsində xallarının sayını 12-ə çatdıran “Boluspor” turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.