Vüsalın komandası qələbə qazandı

2.11.2024 20:50 314
Dünya futbolu
Türkiyənin 1-ci liqasında 11-ci tura start verilib.

"Football-plus.az" xəbər verir ki, turun açılış oyununda millimizin üzvü Vüsal İsgəndərlinin formasını geydiyi “Boluspor” öz meydanında “Ümraniyespor”u qəbul edib. Matç Bolu klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Vüsal görüşün iştirakçısı olmayıb. Onun adı matçın protokoluna daxil edilməyib.

Ardıcıl üçüncü qələbəsini qazanan “Boluspor” xallarının sayını 18-ə çatdırmaqla dördüncü pilləyə yüksəlib.