Vüsal İsgəndərli Türkiyədə ilk qələbəsini qazanıb.
"Football-plus.az" xəbər verir ki, onun çıxış etdiyi “Boluspor” 1-ci Liqanın 19-cu turunu 3 xalla başa vurub.
İsgəndərlinin komandası “Bandırmaspor”la qarşılamanı 2:1 hesabı ilə üstün bitirib. Start heyətində yer alan Vüsal 86-cı dəqiqədə əvəzlənib. Bu qələbədən sonu Bolu klubu xalını 26-ya yüksəldərək, 9-cu pillədə yer alıb.
Qeyd edək ki, “Boluspor” yanvarın 29-da “Şanlıurfaspor”un qonağı olacaq.