Sxadadze gəlməyib, rəqiblər də bəlli deyil

4.01.2025 15:08 382
Aktual / Ölkə futbolu
“Qəbələ”nin qış hazırlıq planının müəyyənləşdiyini xəbər vermişdik.

Yanvarın 9-da dogma rayonda bir araya gələcək “qırmızı-qaralar” üç yoxlama oyunu keçirməyi planlaşdırır. Amma bundan artıq bilgi yoxdu. Komanda kimlərlə qarşılaşacaq, baş məşqçi Kaxaber Sxadadze Qəbələyə dönübmü? Bu sualları “Qəbələ”nin mətbuat katibi Şair Abdulla cavabladı:

“Yoldaşlıq oyunlarının günü və rəqiblər hələ bəlli deyil. Bəlli olanda açıqlayacağıq. Baş məşqçi də hələ ölkəsindədi. Yaxın günlərdə dönəcək”.

ƏSƏD SEYİDOV