"Qəbələ"nin hazırlıq planı bəlli oldu

11.07.2024 13:00 310
Ölkə futbolu
"Qəbələ"nin 2024/25 mövsümü üçün hazırlıq planı bəlli olub.

"Football-plus..az" xəbər verir ki, “qırmızı-qaralar” məşqlərə iyulun 25-də Qəbələdə start verəcək.

Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək. Daha sonra komanda təlim-məşq toplanışına start verəcək.

Qəbələ şəhər stadionunda gerçəkləşəcək hazırlıq prosesində yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb. Rəqiblər və qarşılaşmaların tarixləri hələlik məlum deyil. Qeyd edək ki, "Qəbələ" yeni sezona 1-ci liqada başlayacaq. Yeni mövsüm sentyabrın 11-də başlayacaq.