MY-ni tərk etməyə yaxındı

1.01.2025 08:58 296
Dünya futbolu
Antoni tezliklə klubunu dəyişəcək.

"Football-plus.az" "Marca"ya istinadən xəbər verir ki, “Betis” rəhbərliyi onun icarəsi ilə bağlı “Mançester Yunayted”lə danışıqlara başlayıb. İspaniya klubu keçidi tezliklə rəsmiləşdirməyə çalışır.

Antoni bu mövsüm bütün turnirlərdə 13 matçda iştirak edib və 1 qol vurub. Braziliyalı futbolçunun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.