"Kəpəz" "Sumqayıt"la oyun üçün neçə bilet satıb?

17.09.2026 18:25 36
Ölkə futbolu
Misli premyer-liqasının 6-cı turu çərçivəsində Gəncə şəhər stadionunda gerçəkləşəcək “Kəpəz” – “Sumqayıt” oyununa bilet satışı davam edir.

"Football-plus.az" xəbər verir ki, indiyədək "iticket.az" saytı vasitəsilə və stadionun kassalarında 4000 bilet satılıb.

Matç sentyabrın 20-də saat 19.00-da start götürəcək.