“Naxçıvan” ABŞ-li oyunçu transfer etdi

17.09.2026 15:28 27
İdman
“Naxçıvan” ABŞ-dən olan basketbolçu Kristian Konse ilə bir illik müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Kristian Konse ötən mövsüm “Quba”nın heyətində çıxış edib.

196 sm boya malik 26 yaşlı basketbolçu orta hesabla hər oyunda 23,5 xal, 5,3 ribaund və 3,0 məhsuldar ötürmə ilə yadda qalıb.