Juninyo 2 milyon avro, Lukebakio isə…

31.12.2024 23:56 9 051
Aktual / Ölkə futbolu
Yanvarın 3-də mövsümün ikinci yarısına hazırlaşmaq üçün “Qarabağ”ın düşərgəsində, çox güman, Juninyo olmayacaq.

Ən müxtəlif qaynaqlardan gələn xəbərlər braziliyalı hücumçunun 2025-ə “Sevilya”da başlayacağı yönündədi. Bəs “Sevilya”nın hücum xəttində Juninyonu kimlərlə rəqabət gözləyir?

Juninyo Misli premyer-liqasının ən dəyərli futbolçusudu. Hazırda onun bazar dəyəri 2 milyon avrodu. “Sevilya”da aparıcı futbolçuların dəyəri isə qat-qat yüksəkdi. Məsələn, Dodi Lukebakionun dəyəri 20,1 milyon, İsaak Romeronun dəyəri 14 milyon, Çidera Ecukenin dəyəri isə 6 milyon avrodu. Görünən odu ki, brazilyalı hücumçu ilk “11-lik”də olmaq üçün çox çalışacaq.

ƏSƏD SEYİDOV