Nəriman Axundzadəyə üçün 5,2 milyon avro...

16.10.2024 11:34 4 040
Aktual / Ölkə futbolu
İdman sahəsində araşdırmalar üzrə ixtisaslaşan “Football Observatory” (CIES) mərkəzi dünyanın 100 liqasını təmsil edən klubların ən baha futbolçularını müəyyənləşdirib.

"Football-plus.az" xəbər verir ki, həmin liqalar arasında Misli premyer-liqası da var. Qurumun analitikləri yalnız özlərinə bəlli olan statistik model əsasında futbolçuların qiymətini müəyyənləşdirir.

“Qarabağ”ın forvardı Nəriman Axundzadə komandasının ən dəyərli futbolçusudu. “Football Observatory” onu 5,2-6,6 milyon avroya qiymətləndirir (“Transfermarkt”da hücumçunun dəyəri 1,2 milyon avrodu). 1,3-1,6 milyon avroya (800 min avro) dəyərləndirilən “Neftçi”nin qolkiperi Rza Cəfərov da siyahıda yer alıb. Başqa futbolçuların qiymətləri: Salifu Suma (Zirə) - 1,2-1,4 milyon (700 min), Yusif İmanov (Sabah) - 1,1-1,4 milyon (750 min, Səbuhi Abdullezadə (Sumqayıt) – 1-1,1 milyon (750 min), Aleks Souza (Turan Tovuz) - 600-660 min (400 min), Rüfət Abdullazadə (Səbail) - 550-600 min (300 min) avro.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul