Samir Abasovun qısa fasilədən maksimum yararlanmaq istəyi anlaşılandı. Bu üzdən uzun müddətdi zədədən əziyyət çəkən Emin Mahmudov taleyi maraq doğurur. Bəs sabiq kapitan “ağ-qaralar”ın təlim-məşq toplanışına qatılacaqmı?
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallının “Football-plus.az”a dedikləri:
“Hazırda komanda istirahətdədi. Bu dəqiqə dəqiq nəsə deyə bilməyəcəyik. Emin Mahmudov da son günlərə - komanda istirahətə buraxılana kimi müalicəsini davam etdirdi. Yanvarın əvvəlində toplanışa başlayanda həkim müayinəsi olacaq. Onda daha dəqiq bilinəcək. Bu dəqiqə qeyri-müəyyənlikdi. Təlim-məşq toplanışına kimi sağalmasını gözləyirik”.
RÖYANƏ OĞUZ






