“Ağ-qaralar” bundan iki gün öncə məşqdən çəkilmiş fotoları sosial şəbəkədə paylaşdılar. Maraqlıdı ki, bir neçə gün öncə kapitan sarğısından məhrum olunan Emin Mahmudov paylaşımda yer almayıb.
Son günlər Mahmudovun klubdan ayrılacağı ilə bağlı xəbərlər artdığından bu məqam diqqətimizi çəkdi. “Qarabağ”la oyunu ehtiyat oyunçular skamyasından izləmiş Emin “Sumqayıt”a qarşı oynayacaqmı? “Neftçi”nin media üzrə əlaqələndiricisi Rüstəm Əfsərli "football-plus.az"a açıqlamasında məsələyə belə aydınlıq gətirdi:
“Emin Mahmudovun dizində ağrıları var. Ona görə də son üç məşqdə iştirak etməyib. Srağagünkü, dünənki və bugünkü məşqdə olmayıb. Məşqdə dizindən yüngülvari zədə alıb, ona görə ağrıları var. Hər halda, üç gün məşq etməyib, yəqin ki, oynaya bilməyəcək”.
RÖYANƏ OĞUZ




