Bayramdan sonraya qaldı

29.12.2024 19:53 354
Aktual / Ölkə futbolu
“İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlov “Football-plus.az”a son açıqlamasında klubdaxili iclasın keçiriləcəyini söyləmişdi.

İclasda həmçinin baş məşqçi Fərid Namazovun taleyi müzakirə olunacaqdı. Görəsən, iclas keçirildimi? Baş məşqçinin taleyinə aydınlıq gəldimi? Bu sualları Aqşin bəyə ünvanladıq:

“İclas bayramdan sonra olacaq. Hələ heç bir qərar verilməyib. Çox güman ki, bayramdan sonra hər şeyə aydınlıq gələcək”.

ƏSƏD SEYİDOV