Yuxarı yerlər uğrunda mübarizə aparan komandalar “Karvan”, “Qəbələ” və “İmişli”di. Maraqlıdı ki, oktyabrın 19-da bu komandalardan ikisi, yəni “İmişli” və “Qəbələ” üz-üzə gələcək. Lakin “İmişli” stadionda təmir işlərini hələ bitirmədiyinə görə oyunun yeri dəyişəcək. “İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlov qəzetimizə verdiyi açıqlamada oyunun yerinin dəyişdirilmısi üçün Qəbələ təmsilçisinə müraciət ünvanladıqlarını demişdi.
Görəsən, “Qəbələ” bu təklifi necə qarşılayır?
Klubun meneceri Səbuhi Səfiyarlı bu məsələ barədə “Football-plus.az”a bunları deyib:
“Bəli, “İmişli” oyunun yerini dəyişdirməklə bağlı bizə müraciət edib. Bizim üçün heç bir fərqi yoxdu. Əslində buranın meydançası daha yaxşı vəziyyətdədi. Komandamız da daha ideal meydançada oynamaq istəyirdi. Ona görə də müraciət ediblər, biz də müsbət cavab vermişik. İndi PFL qərar verəcək. Necə olacağını bilmirik. Amma biz həmin təklifə müsbət cavab vermişik”.
RÖYANƏ OĞUZ






