"İmişli" Fərid Namazovu Azər Bağırova dəyişdi? - AÇIQLAMA

9.06.2024 20:50 502
I liqa / Manşet
Cümə axşamı "İmişli"nin baş məşqçi postu üçün gənc mütəxəssis Fərid Namazovla anlaşdığını və tezliklə onunla müqavilə imzalanacağını yazmışdıq.

Bundan sonra klubun icraçı direktoru Aqşin Mürsəlov yerli mətbuata açıqlamasında namizədlər sırasında Azər Bağırovun da adının olduğunu dedi.
Bəs klub "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi ilə danışıqlara başlayıbmı? Prosesə start verilibsə, mütəxəssisin qərarı hansı yöndə ola bilər? Bu suallarla Azər bəyə müraciət etdik. Onun "football-plus.az"a söylədikləri:
"Danışıq apardığım heç bir klub yoxdu. Sadəcə, söz-söhbət səviyyəsində nəsə deyirlər. Hələ ki konkret təklif ətrafında nə müzakirə olub, nə də belə cəhd".


KƏNAN BAHADIR