Bəs gecikmə liqada mübarizə aparan klubların işinə necə təsir etdi?
Region Liqasında mübarizəyə yeni qoşulacaq “Xankəndi”nin baş məşqçisi İbrahim Uzuncaya hazırlıqla bağlı sual ünvanladıq. Onun “Football-plus.az”a söylədikləri belə oldu:
“Açığı, vaxtın uzanması komandanı tanımaq baxımından daha yaxşıdı. Oyunçularla daha çox hazırlıq keçmək baxımından xeyrimizədi. Amma Region Liqasının yubanmasını fürsət kimi dəyərləndirməyə çalışırıq. Yoldaşlıq görüşləri də keçiririk. 4 yoldaşlıq görüşünün üçündə qələbə qazandıq. “Karvan”la heç-heçə etdik, “Çinar Zəngilan”, “Şirvan” və “Füzuli” ilə qarşılaşmalardan qalib ayrıldıq. Püşkatmanın gecikməsinin səbəbini dəqiq bilmirik. Amma mənə verilən məlumata görə, bu ayın 29-u və ya 30-da püşkatma olacaq. Yanvarın 10-11-də isə liqanın oyunları başlayacaq. Biz də ona görə hazırlaşırıq. Sadəcə, iki gün əvvəl “Neftçi”nin köhnə bazasında məşqdə olarkən mənə rəhbərlikdən belə deyildi”.
RÖYANƏ OĞUZ





