İl bitir, Region Liqasından səs-soraq yoxdu

7.12.2024 22:50 426
Aktual / Ölkə futbolu
Ölkə çempionatının bütün liqalarında yarışlar davam edir.

Lakin Region Liqasından heç bir xəbər-ətər yoxdu. Həvəskar komandaların yarışacağı çempionatda iştirak üçün 55 komandanın qeydiyyatdan keçdiyi deyilmişdi. Amma ilin sonuna yaxınlaşsaq da, hələ ki yeni mövsümün püşkü atılmayıb. Gecikmənin səbəbi kimi Bakıda keçirilən COP-29 forumu göstərilirdi. Lakin komandalara deyilib ki, növbəti həftə püşk atılacaq. Bəs Region Liqasında yeni mövsüm nə vaxt başlayacaq?

Bu sualımızı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq:

“Hələ ki püşkatmanın dəqiq tarixi bəlli deyil. Bəlli olan kimi məlumat verəcəyik”.

RÖYANƏ OĞUZ