Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilir

13.05.2024 09:55 235
Ölkə futbolu / Manşet
Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, qurumun inzibati binasında təşkil ediləcək tədbir saat 15.00-da başlayacaq.

Toplantının gündəliyinə 4 məsələ daxil edilib. Bunlar AFFA-nın inkişafı strategiyasının (inkişaf hədəflərinin müəyyən olunması, strategiyanın yazılması), Azərbaycan premyer-liqasında komanda sayının artırılmasının, Azərbaycan premyer-liqasında 2024/25 mövsümündə tətbiq olunacaq legioner limitinin və 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsidi.

Milli komandaya baş məşqçinin təyinatı məsələsi bügünkü iclasın gündəliyinə daxil edilməyib.