Mayın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
"Football-plus.az” xəbər verir ki, saat 15:00-da başlanacaq toplantının gündəliyinə bir neçə məsələ daxil edilib.
Bunlar AFFA-nın inkişafı strategiyasının müzakirəsi, inkişaf hədəflərinin müəyyən olunması, strategiyanın yazılması, Azərbaycan premyer-liqasında komanda sayının artırılması və 2024/25 mövsümündə tətbiq olunacaq legioner limitinin, həmçinin 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsi məsələləridi.