Leverkuzendə qaldı

17.08.2024 20:10 340
Dünya futbolu
Robert Andrix “Bayer-04” ilə müqaviləsini yeniləyib.

Leverkuzen klubunun mətbuat xidmətini yaydığı xəbərə görə, 29 yaşlı futbolçu ilə yeni anlaşmanın müddəti 2028-ci ilin yayına qədərdi. Onun əvvəlki sözləşməsi 2026-cı ilin yayında qüvvədən düşəcəkdi.

Qeyd edək ki, Andrix 2021-ci ildən “Bayer-04”də çıxış edir. O, komandanın bunesliqanın qalibi olduğu ötən mövsüm bütün turnirlərdə 45 matçda meydana çıxıb, 6 qol vurub, 5 məhsuldar ötürmə edib.