Renatın komandası mərhələ adladı

19.12.2024 23:59 300
Dünya futbolu
Türkiyə kubokunda 5-ci mərhələnin oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərovun çıxış etdiyi “Ankaragücü” səfərdə “Menemenspor”la qarşılaşıb.

3:2 hesablı qələbə qazanan Ankara təmsilçisi qrup mərhələsinə vəsiqə qazanıb.

Həsən bu oyunda sonadək ehtiyatda qalıb. Renat isə 90+4-cü dəqiqədə meydana daxil olub.