Türkiyə 1-ci liqasında 6-cı turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan millisinin hücumçusuRenat Dadaşovun çıxış etdiyi “Ankaragücü” evdə “Sakaryaspor”la qarşılaşıb.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Ankaragücü" "Sakaryaspor" - 2:1
Qollar: Cigerçi, 35 (1:0), Demir, 42 (1:1), Rotariu, 83 (2:1)
Meydana start heyətdə çıxan Dadaşov 60-cı dəqiqədə əvəzlənib. O, 45+4-cü dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, “Ankaragücü” hazırda 9 xalla 8-ci pillədə qərarlaşıb.