Renatın komandasından qələbə

19.10.2024 08:56 308
Dünya futbolu
Millimizin futbolçusu Renat Dadaşovun formasını geydiyi "Ankaragücü" Türkiyə 1-ci liqasında 9-cu turun oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda səfərdə “Yeni Malatyaspor”un qonağı olub. Qarşılaşma “Ankaragücü”nün 3:0 hesablı qələbəsi ilə başa çatıb. Renat Dadaşov oyuna ehtiyatda başlayıb. O, 82-ci dəqiqədə Riad Bajiçin yerinə meydana daxil olub.

Qeyd edək ki, xallarının sayını 13-ə çatdıran "Ankaragücü" turnir cədvəlində 8-ci pilləyə yüksəlib.