“Hatayspor” Renatsız mərhələ adladı

1.11.2023 11:13 186
Dünya futbolu
Türkiyə kubokunda 3-cü mərhələnin oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, azərbaycanlı futbolçu Renat Dadaşovun komandası – “Hatayspor” da bu gün kubok matçına çıxıb.

Aşağı liqa təmsilçisi “Sarıyer”lə qarşılaşan Hatay təmsilçisi 2:0 hesablı qələbə sayəsində mərhələ adlayıb.

Renatın adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.