Renatın komandası mərhələ adladı

29.10.2024 17:11 297
Dünya futbolu
Millimizin üzvü Renat Dadaşovun formasını geydiyi "Ankaragücü" Türkiyə Kubokunda 3-cü təsnifat mərhələsinin oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda səfərdə "Bursa Nilufer"lə qarşılaşıb.

Matçda Renatın komandası 3:2 hesablı qələbə qazanıb. Bununla da "Ankaragücü" Türkiyə Kubokunun növbəti mərhələsinə yüksəlib.

Renat Dadaşov sözügedən görüşdə iştirak etməyib. Buna səbəb isə onun zədəli olmasıdı.